Şərqin ölüm mələyi Xomeyni bu cür öldü

3 iyun İran inqilabının banisi, İslam Respublikasının ilk rəhbəri Ruhullah Xomeyninin öldüyü gündür.

Kult.az xəbər verir ki, Ruhullah Mustafavi Musəvi Xomeyni 1902-ci il sentyabrın 24-də İranın indiki Mərkəzi əyalətinin Xomeyn şəhərində dünyaya gəlib.

Uşaq yaşlarından dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənən Xomeyni 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunub. Burada bir müddət təhsil alan Xomeyni sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olub.

O, 1958-ci ildə əyalət, vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi 6 maddəlik mütərəqqi qanunun qüvvəyə minməsi ilə şah əleyhinə mübarizəyə başlayıb.

Xomeyni böyük mülkədar və feodalların mənafeini qorumaq üçün hakimiyyətin 1961-ci ildə torpaq islahatları aparması, eləcə də torpaqların kəndlilərə verilməsini qeyri-islami hərəkət adlandıraraq, xalqı bu islahata qarşı çıxmağa səsləyib. Bu təşəbbüsü ilə iyunun 5-də radikal mollapərəstlərlə hakimiyyət arasında qanlı qarşıdurmalara səbəb olan Xomeyni həbs edilərək Tehrandakı Eşretabad hərbi həbsxanasına aparılıb.

Həmin dövrdə ona qarşı daha ciddi cəzanın, hətta ölüm hökmünün verilməsi müzakirə edildiyi zaman azərbaycanlı nüfuzlu din xadimi Şəriətmədari buna qarşı çıxıb, Məhəmmədrza şahı bu fikrindən daşındıra bilib. Eyni zamanda, edam hökmünün avtomatik qüvvədən düşməsi məqsədilə Şəriətmədari başqa bir neçə nüfuzlu din xadimini Xomeyniyə “ayətullah” dini rütbəsi verdirməyə razı salıb. Bununla da gələcəkdə özünün ən qatı rəqibi və Son xeberler

Leave a Reply

Your email address will not be published. Required fields are marked *